Gənclər arasında sağlam həyat tərzinin təbliği
Sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb. Azərbaycanda qeyri-infeksion xəstəliklərin 70 faizi tütünlə əlaqəlidir. Hətta bu xəstəliklərdən baş verən ölümlərin əsas və öndə duran səbəbi məhz tütündən istifadədir. 2020-ci ilə qədər Azərbaycanda tütündən istifadənin 10 faiz azaldılması məqsədi qarşıya qoyulub. Tütünlə mübarizə sahəsində dünya təcrübəsi və tütünlə mübarizə üsulları barədə gənclərlə çıxışlar və fikir mübadiləsi aparılır, gənclərə bu zərərli vərdişdən uzaqlaşmaq üçün dəyərli məsləhətlər verilir. Gənclərin sağlam həyat tərzi keçirməklə, zərərli vərdişlərdən uzaq olmaqla, mütaliə etməklə cəmiyyətin inkişafına layiqli töhfə verə biləcəklərini qeyd edib. Yeniyetmə və gənclər arasında qeyri-sağlam həyat tərzinin artması, düzgün maarifləndirilmənin olmaması, onların gənc yaşlarında tütün, spirtli içkilər və digər zərərli vərdişlərin aludəçisi olmalarına gətirib çıxardır. Eyni zamanda qeyri-sağlam qidalanma, maddələr mübadiləsinin pozulmasında, gələcəkdə insan orqanizmində müxtəlif ağır fəsadlı xəstəliklərin inkişafında rol oynayır. Bu problemlərin həllində əsas effektiv addım isə gənclər və yeniyetmələr arasında düzgün maarifləndirmənin təşkili və profilaktikanın aparılmasıdır. Burada məqsədi gənclər və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, onlar arasında qeyri-sağlam həyat tərzinin fəsadları haqqında maarifləndirmə aparmaqdır.