Elektron resursların hazırlanması
Məktəbimizdə istedadlı şagirdlər tərəfindən vətənimizin tanıdılması məqsədi ilə elektron resurslar hazırlandı. İnformatika müəlliminin təşkilatçılığı ilə IXç sinif şagirdləri tərəfindən ərsəyə gətirilən elektron resurslar iştirakçılara təqdim edildi. Xalqımızın qəhrəmanlıqla dolu tarixi keçmişinə, qədim mədəniyyətinə, görkəmli şəxsiyyətlərinə, dünyada tayı bərabəri olmayan memarlıq incilərinə, zəngin təbiətinə dair materiallar böyük maraqla izlənildi. Elektron resursların təqdimatı şagirdlərdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə bilavasitə xidmət etdi.