VI və IX siniflərdə Monitorinq təşkil olundu
24 noyabr 2022-ci il tarixdə BŞTİ-i tərəfindən məktəbimizin 6 və 9-cu siniflərində Monitorinq keçirildi. Məktəbin iki növbəli rejimdə çalışdığı nəzərə alınaraq 9-cu siniflər I növbə, 6-cı siniflər isə II növbədə Monitorinqdə iştirak etdilər. Şagirdlər müvafiq vaxt çərçivəsində Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə onlara təqdim olunmuş açıq və qapalı tipli sualları cavablandırdılar. Obyektivlik şəraitində təşkil olunan monitorinqdə şagirdlərin maksimum iştirakı təmin olundu. Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd 6-cı siniflərin mövcud vəziyyətini, 9-cu siniflərin isə 5-6-cı sinif səviyyəsində onlan problemlərini müəyyənləşdirməkdən ibarət idi.