Xalçaçı rəssam Lətif Kərimov
“Şuşa ili” ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının icrasından irəli gələrək məktəbimizdə silsilə tədbirlər davam etməkdədir. 22.11.2022-ci ildə VIIIc sinif şagirdləri doğma Şuşamıza qiyabi səyahət edərək şəhərimizin keçmişindən, işğaldan azad olunmasından, işğaldan sonrakı quruculuq işlərindən danışdılar. Şuşada doğulmuş, həyat və fəaliyyətləti bilavasitə bu şəhərlə bağlı olan bir çox görkəmli elm, incəsənət və dövlət xadimləri haqqında məlumat verildi. Bugünkü tədbirin əsas mövzusu Şuşada doğulmuş görkəmli xalçaçı-rəssam Lətif Kərimovun yaradıcılığı və mədəniyyətimizin, xalçaçılıq sənətinin inkişafına verdiyi töhvələr idi. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərmişdir. Şagirdlərimiz xalçaçı-rəssamın toxuduğu xalçaların təsvirləri ilə tanış oldular, xalçaçılıq sənətinin Azərbaycan mədəniyyətinin bir hissəsi olduğunu və mənəvi borc kimi tarixi keçmişimizə, ənənələrimizə, milli nailiyyətlərimizə hörmət etməkdən, onları qoruyub saxlamaqdan ibarət olduğunu bildirdilər.