Şuşa Azərbaycanın döyünən ürəyidir
Məktəbimizdə Vb sinfində Şuşa şəhərinin işğaldan azad olunmasına həsr edilən ədəbi-bədii kompozisiya təşkil edildi. Azərbaycanın mədəniyyət beşiyi Qarabağın tacı, adı dillər əzbərinə çevrilən Şuşanın tarixi keçmişi, 30 il işğal altında inləməsi və öz əbədi azadlığına qovuşması barəsində geniş məlumatlar səsləndirildi. Əzəmətli Şuşa şəhərinin şəxsiyyətlərindən, tarixi-memarlıq abidələrindən, füsünkar təbiətindən ürəkdolusu danışıldı. Şagirdlər Qarabağımızın döyünən ürəyi, dilbər güşəsi olan Şuşanın bu günündən qururla söhbət açdılar. Vətənimizin bütövlüyü uğrunda qurban gedən, xoş günlər üçün şirin canından keçən övladlara öz ehtiramlarını bildirdilər. Tədbirin sonunda şagirdlər vətənpərvərlik duyğularını ifadəsi olaraq yaradıcı işlərini nümayiş etdirdilər.