Ölməz sənətkar-Əhməd Cavad

Məktəbimizin 9c sinfində Əhməd Cavadın həyat və yaradıcılıq yoluna həsr olunmuş seminar keçirildi. Seminarın keçirilməsində əsas məqsəd ölməz sənətkarın fəaliyyəti, ədəbiyyat tarixindəki mövqeyi ilə şagirdləri yaxından tanış etməkdən ibarət olub. Seminarda Azərbaycan dili və ədəbiyyat müəllimi çıxış edərək Əhməd Cavadın məşəqqətli həyatı və çoxşaxəli yaradıcılıq yolu haqqında iştirakçılara ətraflı məlumat verdi. Şagirdlər də sənətkarın dillər əzbəri olan “Çırpınırdı Qara dəniz”, ”Dilimiz”, ”Azərbaycan bayrağına” şeirlərini səsləndirdilər, ədibin yaradıcılığı ilə bağlı hazırladıqları məruzələri təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi