Uşaq hüquqları adlı rəsm musabiqəsi
«Uşaq hüquqları » çərçivəsində məktəb üzrə müxtəlif maarifləndirmə tədbirləri və müsabiqələr təşkil olunur. Müsabiqədə məktəbin 7 B sinifinin istedadlı şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Qeyd edək ki, bəşəriyyətin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülür.