Hüquqlarımızı öyrənirik
Məktəbimizdə “Uşaq hüquqları aylığı” na aid tədbirlər planına əsasən “Uşaq Hüquqları Konvensiyaysını öyrənirik”mövzusunda müzakirə təşkil olundu. Müzakirədə məktəbimizin Şagird Parlamentinin sədri Nizami Nəcəfli və IXç sinif şagirdləri iştirak etdilər. Müzakirənin keçirilməsində əsas məqsəd şagirdləri Uşaq Hüquqları Konvensiyası ilə tanış etmək, hüqularını bilməyin zəruriyiliyini aşılamaqdan ibarət idi. Parlament sədri çıxış edərək iştirakçıları konvensiyaya daxil olan maddələrlə tanış etdi. Müzakirə şagirdlərin mövzu ilə bağlı məruzələri və çıxışları ilə davam etdi.