Zəfərə gedən yol

Məktəbimizin  şagirdləri ilə birgə “Zəfər Günü Azərbaycan Respublikası Prezidenti İlham Əliyev siyasətinin nəticəsidir” adlı mühazirə təşkil olundu. Mühazirə yürütdüyü siyasətlə hər zaman Azərbaycan xalqının milli maraqlarını rəhbər tutan, bütün ömrünü onun ərazi bütövlüyünün təmin olunmasına, xalqımızın rifah içində yaşamasına yönəldən liderimizin maraqlarını özündə əks etdirdi. Çıxışlarda qeyd olundu ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı milli maraqlarımızın, təhlükəsizliyimizin, inkişafımızın təminatçısı, cəsarətli, qətiyyətli, vətənpərvər, mahir diplomat və siyasətçi İlham Əliyevin dəstəkçisidir. Məruzəçilər mühazirələrində şəhidlərimizin al qanı ilə qazanılan zəfərin Azərbaycan ordusunun və Ali Baş Komandanın qətiyyətli, prinsipial mövqeyinin nəticəsi olduğunu xüsusi vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi