“44 GÜNLÜK ZƏFƏR YOLUMUZ”

Məktəbimizdə “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirin əvvəlində şagirdlər məktəbin həyətində “8 Noyabr Zəfər Günü” yazılı fləşmobunu təqdim etdilər. Tədbir sinif otağında şagirdlərin 44 günlük Zəfər yolu mövzusunda təqdimatları ilə davam etdi. Azad olunmuş rayonlarımızın hər biri haqqında pankartlar təqdim olundu. Şəhidlərimizə, qazilərimizə ithaf olunmuş şeirlər və rəqs ifaları da tədbirə xüsusi rəng qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi