Zərərli vərdişlərə birlikdə yox deyək
Məktəbin idman zalında “Zərərli vərdişlərə birlikdə yox deyək” layihəsi çərçivəsində idman yarışları keçirilmişdir. Yarış başlamamışdan qabaq idman müəllimləri şagirdlərlə maarifləndirici söhbətlər etdilər. Onlar qeyd etdilər ki, idman insan sağlamlığına xidmət edən ən mühüm amildir, uşaq və gənclərin mənəvi tərbiyəçisidir. Zərərli vərdişlərə yiyələnməkdənsə,idmanla məşğul olmağın insan sağlamlığı üçün daha vacib olduğu vurğulandı. Şagirdlər uzaq məsafələrə qaçaraq, müxtəlif hərəkətlər icra edərək bacarıqlarını nümayiş etdirdilər.