“Zəfər tarixi” konfransının keçirilməsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022 - ci il tarixli F-146 nömrəli əmrinə uyğun olaraq məktəbimizdə “Zəfər tarixi” adlı konfrans təşkil olundu. Konfransda iştirak edən tarix müəllimi və IX sinif şagirləri 27 sentyabr 2020 – ci il tarixindən başlayan və 44 gün davam edən Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətindən, Qarabağ torpaqlarının azad edilməsindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərib şəhidlik zirvəsinə ucalmış oğullarımızın həyatından bəhs edərək fikir mübadiləsi etdilər. Şagirdlərin hazırladıqları təqdimatlar və məruzələr dinlənildi. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində “Zəfər tarixi” dərslərinin əhəmiyyəti xüsusi qeyd olundu. Şagirdlər bu konfransdan böyük təəssüratla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi