Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin 2 Noyabr "Ölülər günü"nə həsr olunmuş "Tzompantli" adlı sərgi
28.10.2022-ci il tarixində məktəbimizin şagirdləri Xarici Dillər Universitetində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin 2 Noyabr "Ölülər günü"nə həsr olunmuş "Tzompantli" adlı sərgidə iştirak etdilər. Sərginin layihə rəhbərləri Elnurə və Aygün İsgəndərovalar idi. Sərgini Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla açdı. Kamal müəllim rəssamları və gələn fəxri qonaqları salamlayaraq sərginin çox maraqlı olduğunu bildirdi. Sözü Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Cənab Xuan Rodrigo Labardiniyə verdi . Cənab səfir öncə Xarici Dillər Universitetinin rəhbərliyinə sərgidə dəstəyə görə təşəkkür etdi. Sərginin və əsərlərin möhtəşəm olduğunu bildirdi, rəssamların gözəl çalışdıqlarını dedi. Artıq illərdir həyata keçirilən birgə uğurlu layihələrə görə Elnurə və Aygün İsgəndərovalara təşəkkür etdi. Bu sərginin də uğurlu sərgi olduğunu bildirdi. Layihə rəhbəri Elnurə İsgəndərova çıxışında Xarici Dillər Universitetinin Rektoru Kamal müəllimə , müşaviri Anar Rəhimova sərginin təşkili üçün dəstəyə görə təşəkkürünü bildirdi. Sərgidə respublikanın müxtəlif bölgələrindən 140 rəssamın iştirak etdiyini qeyd etdi. Sərgidə fəxri qonaq olaraq Kuzey Kıbrıs Türk Cumhuriyetinin Bakı təmsilçisi Ufuk Turganer, Kuzey Kıbrıs Türk Cumhuriyetinin Bakı təmsilçiliyinin Mədəniyyət və Təhsil Ateşesi Tevfik Ulual, Xalq rəssamı Arif Hüseynov, millət vəkili Razi Nurullayev, məşhur aktyor Ramil Babayev, "Galeri" Sənət Mərkəzinin direktoru Mansur Əsgərlivə s. iştirak edirdi.Sərgidə iştirak edən bütün rəssamlar diplomla təltif olundular. Qonaqlar eyni zamanda Meksika mətbəxi ilə də tanış oldular.