Əsl Vətənpərvər
Məktəbimizin kitabxanasında “7-dən 17-yə Vətənpərvər”, layihəsi çərçivəsində “Əsl Vətənpərvər” mövzusunda dəyirmi masa təşkil olundu. Dəyirmi masada, tərbiyə işləri üzərə direktor müavini, kitabxana müdiri, kitabxanaçı, VIIIa sinif şagirdləri və sinif rəhbəri iştirak etdilər. Şagirdlərdə vətənpərvərlik hisslərinin aşılanması və gücləndirilməsi tədbirin əsas prearitetini təşkil edirdi. Tərbiyə işləri üzərə direktor müavini çıxış edərək Şanlı Zəfər tariximizdə gənclərimizin böyük və əhəmiyyətli rol oynadıgını vurguladı. VIIIa sinfinin sinif rəhbəri də Azərbaycanın ərazi bütövlüyü, müstəgilliyi uğrunda canından keçən vətənin qəhrəman oğulları haqqında geniş məruzə ilə çıxıs edərək tədbir iştirakçılarını məlumatlandırdı. Tədbir şagirdlərin çıxışları, vətənpərvərlik mövzusunda oxuduqları əsərlərin müzakirəsi ilə davam etdi.