Sahibsiz heyvanlara düzgün münasibətlərin aşılanması

Dəbdəbəli cins heyvanlar insanlar üçün daha yaxşı dost ola bilər fikri heç də doğru deyil. Küçə heyvanları da bu cins heyvanlara xas olan bütün xüsusiyyətlərə malikdirlər. Eyni zamanda daha ağıllı, sadiq, gözəl, özünəməxsus olmaları ilə fərqlənirlər. Ürəyində heyvan sevgisi və yüksək insani keyfiyyətləri olan hər bir kəs küçə heyvanlarına qayğı ilə yanaşmalı, əgər şəraiti imkan verərsə, heyvan sahiblənməlidir. Məktəbimizin də bəzi şagirdləri küçədən pişik və it sahibləniblər. Onlar bu məsuliyyətli qərarı alarkən heyvanlara sevgi və qayğını verəcəklərinə əmin olublar. Bir çox şagirdlərimiz də küçə heyvanlarına sahiblənməsələr  də, bu heyvanlara daim qayğı ilə yanaşırlar. Hər bir şagird böyük bir zövqlə heyvanlara qayğı göstərir. Onlar üçün su və qida qoyurlar. Bəlkə, onlar da özlərinə tam əmin olduqda bu sadiq dostlarını sahiblənəcəklər. Şagirdlərə inandırmağa çalışırıq ki, qayğı göstərdikləri hər bir heyvan onlara sonsuz sevgi və sədaqətlə cavab verəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi