Müstəqilliyimiz əbədidir!
Məktəbimizdə “Müstəqilliyimiz əbədidir!“ mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Çıxış edənlər Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verdilər. Onu da qeyd etdilər ki, 1991 – ci il oktyabr ayının 18-də xalqımız ikinci dəfə öz müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu sübut etdi. Şagirdlərin ifasında səslənən şeir və mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.Tədbirin sonunda müstəqilliyimizin tarixini əks etdirən videoçarx nümayiş etdirildi.