Bərk məişət tullantılarının ətraf mühitə mənfi təsiri

13. 06.2022- ci il tarixdə məktəbimizin V a sinif şagirdləri ilə “ Bərk məişət tullantılarının ətraf mühitə mənfi təsiri” mövzusunda maarifləndirici söhbət aparıldı. Tərbiyə işləri üzrə direktor müavini bu mövzu haqqında şagirdlərə ətraflı məlumat verdi. O qeyd etdi ki,bərk məişət tullantıları ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Məişət tullantılarının insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, təbiətdə ekoloji tarazlığın təmin edilməsi məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Söhbət zamanı ölkəmizdə tullantıların yaranması tempinin azaldılması istiqamətində mühüm addımların atıldığını əks etdirən maarifləndirici videoçarxlar nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi