Tütünçəkmə sağlamlığın qatı düşmənidir
10.06.2022-ci il tarixdə məktəbimizin IX c sinfində “Tütünçəkmə sağlamlığın qatı düşmənidir” mövzusunda maarifləndirici söhbət aparıldı. Tərbiyə işləri üzrə direktor müavini çıxış edərək qeyd etdi ki, tütün insan sağlamlığına böyük ziyan vurur, fiziki və psixi asılılıqlar yaradır. Tütünçəkmə ağciyər üçün çox təhlükəlidir və bu qara, iyli tüstü ən çox cəhənnəmdən gələn dəhşətli qoxunu xatırladır. Maarifləndirici söhbət zamanı şagirdlərlə mövzu ətrafında müzakirələr aparıldı, yeniyetmələri maraqlandıran suallar cavablandırıldı.