18 İyun – Milli İnsan Hüquqları Günü ilə bağlı açıq dərs
VI ç sinfində “18 İyun-Milli İnsan Hüquqları Günü” ilə bağlı açıq dərs təşkil edildi. Dərsdə sinif rəhbəri Ümumilli lider Heydər Əliyevin fikirlərinə istinad edərək qeyd etdi ki, insan hüquq və azadlıqlarının müdafiəsi dövlətin ali məqsədidir. Azərbaycanda insan hüquqlarının qorunması, insan azadlıqlarının təmin edilməsi həmişə diqqət mərkəzində olmuşdur. Sonda mövzu ilə bağlı slaydların, videoçarxların nümayişi şagirdlərin maariflənməsində mühüm rol oynadı.