Valideynlərlə şagirdlərin görüşü

20.05.2022 – ci il tarixdə məktəbimizdə IX b sinif şagirdləri ilə valideynlərin görüşü keçirildi.Görüşün keçirilməsində əsas məqsəd gələcəkdə müxtəlif peşə fəaliyyəti ilə məşğul olmaq istəyən şagirdlərdə həmin sahəyə marağı artırmaq və onlara düzgün istiqamət verməkdən ibarət idi.Görüşdə iştirak edən valideynlər çıxış edərək bildirdilər ki,insanın öz maraq və qabiliyyətinə uyğun ixtisasa yiyələnməsi həyatda verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Valideynlər qeyd etdilər ki,düzgün ixtisas seçmiş insanın öz yaradıcılığına meyilliyi güclənir və hətta öz peşəsinin mütəxəssisinə çevrilir. Görüşün sonunda IX b sinfinin sinif rəhbəri çıxış edərək dəyərli məsləhət və tövsiyələrinə görə valideynlərə dərin minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi