Piyada yol nişanlarını hər kəs bilməlidir
VII ç sinfində “Piyada yol nişanlarını hər kəs bilməlidir” mövzusunda tədbir keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini çıxış edərək piyadaların ölümü və ya xəsarət alması ilə nəticələnən yol qəzalarının geniş vüsət aldığını və buna piyadaların yol nişanlarının bilməməsi və ya əməl etməməsinin səbəb olduğunu vurğuladı. Tədbirdə mövzu ilə bağlı maarifləndirici videolarda nümayiş etdirildi.