Valideyn və şagirdlərin kitaba marağı
Məktəbimizin kitabxanasında “ Valideyn və şagirdlərin kitaba marağı” başlığı altında bədii əsərlərin oxusu və müzakirəsinin təşkili ilə bağlı tədbir keçirildi. Tədbirin əvvəlində məktəbin kitabxana müdiri G.Mirzəyeva çıxış edərək qeyd etdi ki, mütaliə ilə məşğul olmağın insanın yüksək intellektə malik olmasında, söz ehtiyatının artırılmasında müstəsna əhəmiyyəti vardır. Keçirilən tədbirin əsas iştirakçıları olan Vç sinif şagirdləri və valideynlər oxuduqları əsərlərlə bağlı öz fikirlərini bildirdilər, ətraflı müzakirələr apardılar. Sonda kitabxanaçı Ş.Rəsulova qeyd etdi ki, gündəlik həyatımızda çoxlu kitab oxumaq, mütaliəni vərdişə çevirmək lazımdır.