Narkomaniyaya aid sənədli filmin nümayişi
29.04.2022-ci il tarixdə məktəbimizdə 9 b sinif şagirdlərinin iştirakı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi” nə aid sənədli film nümayiş etdirildi. Film nümayiş olunmazdan öncə sinif rəhbəri, ətraflı çıxış edərək bildirdi ki, insanların sağlamlığının, rifahının, mənəvi-əxlaqi dəyərlərin qorunması bu gün cəmiyyətimizi düşündürən ən vacib məsələlərdən biridir. Bu baxımdan narkomanlığa qarşı mübarizə sahəsində geniş tədbirlərin keçirilməsinin böyük əhəmiyyətini qeyd edən sinif rəhbəri maarifləndirici yönümdə məruzə etdi. Sonra şagirdlər sənədli filmə tamaşa etdilər. Təlimdə “ağ ölüm” hesab olunan “dövrün bəlası” adlandırılan narkomaniyanın gəncliyimizi, gələcəyimizi, bütövlükdə bəşəriyyəti məhv edən amansız qatilə çevrildiyi təsirli şəkildə öz əksini tapdı.