"Dünyada nə qədər kitab var belə..."

22.04.2022-ci il tarixdə məktəbimizdə III-IV sinif şagirdlərinin iştirakı ilə "Oxu Günü" nə həsr olunmuş "Dünyada nə qədər kitab var belə ..." (N.Gəncəvi) adlı tədbir keçirildi. III-IV siniflərdə təhsil alan, kitab oxumağı sevən, mütaliə qabiliyyəti mükəmməl olan şagirdlər C.Məmədquluzadənin yaradıcılığından bir neçə hekayəni oxuyub müzakirə etdilər. Qeyd olundu ki, uşaq yaşlarında oxunan kitabların təsiri çox güclü olur. Uşaqların kitab oxuması üçün maraq və həvəsin, digər bir sıra stimullaşdırıcı amillərin olması şərtdir. Şagirdlərin müzakirəsindən belə qənaətə gəlindi ki, hər bir insan erkən yaşlarından etibarən kitabla tanış olmalı, kitabı sevməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi