“Şuşa ili”nə həsr olunmuş şeir müsabiqəsi

21.04.2022-ci il tarixində məktəbimizdə “Şuşa ili” ilə bağlı şeir müsabiqəsi təşkil edildi. Müsabiqə V-IX sinif şagirdləri arasında keçirildi. Poeziyasevərlər yurdumuzun dilbər guşəsi təkrarolunmaz gözəlliyə malik Şuşa şəhərinə həsr olunan şeir çələngi ilə çıxış etdilər. Şagirdlərin ifasında səslənən poetik nümunələr dinləyiciləri xəyalən dağlar qoynuna səyahətə apardı. 8 noyabr 2020-ci ildə işğaldan azad olan, adı dastana dönən qalib şəhər böyük coşqu və fəxarət hissi ilə vəsf olundu. Müsabiqə iştirakçıları arasında bədii nitq qabiliyyəti, səlis, aydın ifadə tərzi ilə fərqlənən şagirdlər qalib elan olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi