“Oxu günü” tədbiri
21.04.2022-ci il tarixdə məktəbimizin Vç sinfində kitabxana xətti ilə “Oxu günü” adlı tədbir təşkil edildi. Bu tədbirin təşkil edilməsi şagirdlərdə mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişafı məqsədini daşıyır. Tədbirdə şagirdlər onlara təqdim olunmuş əsərlərin mövzu,ideya və bədii xüsusiyyətlərini şərh edərək obrazların davranış və əməllərini səciyyələndirdilər.