“Şuşa ili” ilə bağlı dəyirmi masa
15.04.2022-ci il tarixdə məktəbimizdə “Şuşa ili”nə həsr edilmiş dəyirmi masa keçirildi. Dəyirmi masa məktəbimizin VIIIb sinif şagirdlərinin iştirakı ilə təşkil olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra VIIIb sinfinin sinif rəhbəri çıxış etdi. O bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2022-ci il “Şuşa ili” elan edilmiş və bugünkü dəyirmi masa da bu məqsədlə təşkil olunmuşdur. Dəyirmi masada şagirdlər Qarabağın dilbər guşəsi olan Şuşa şəhərinin yerləşdiyi təbii-coğrafi ərazisi, alınmaz qayaları, təkrarsız mədəni abidələri, tanınmış şəxsiyyətləri, əsrarəngiz təbiəti haqqında ətraflı məlumat verdilər. Çıxışlardan sonra 30 il bundan öncə Şuşa şəhərinin işğal olunmasını, eyni zamanda 2020-ci ilin 8 noyabrında ordumuzun sücaəti sayəsində azadlığa qovuşmasını əks etdirən videoçarxlar göstərildi. Tədbir iştirakçıları böyük qürur və fəxarət hissi ilə tarixi anları izlədilər.