“Şuşa ili” ilə bağlı seminar

15.04.2022-ci il tarixdə məktəbimizdə “Şuşa ili” ilə bağlı seminar keçirildi. Seminar məktəbin IXc sinif şagirdlərinin iştirakı ilə təşkil olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra IXc sinfinin sinif rəhbəri ətraflı çıxış etdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2022-ci il “Şuşa ili” elan edilmişdir. Bugünkü tədbirin məhz bu məqsədlə keçirildiyini bildirən sinif rəhbəri geniş məruzə etdi. Seminarda IXc sinif şagirdləri də böyük ruh yüksəkliyi ilə çıxış etdilər. Şagirdlər Qarabağın incisi, Azərbaycan mədəniyyətinin paytaxtı, musiqi beşiyimiz hesab olunan Şuşa şəhərinin tarixi, milli-mədəni abidələri, görkəmli şəxsiyyətləri barəsində ətraflı məlumat verdilər. 2020-ci ildə Qarabağ torpaqlarının işğaldan azad olunması, xüsusilə də Şuşa şəhərində aparılan uğurlu hərbi əməliyyatları əks etdirən videoçarxlar nümayiş olundu. Seminarın sonunda bir daha vurğulandı ki, hər bir vətəndaşımız tarixi zərəfimizlə bağlı qürur duymalı və qələbəni bizə bəxş edənləri həmişə ehtiramla yad etməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi