Bahar çələngi

17.03.2022-ci il tarixdə məktəbimizdə   “Bahar çələngi”   adlı Novruz bayramı şənliyi keçirildi. Tədbir Azərbaycan  Respublikasının Dövlət Himninin səsləndirilməsi   ilə başladı. Aparıcılar çıxışlarında   Novruz bayramı adət-ənənələri haqqında geniş məlumat verərək qeyd etdilər ki,  təbiətin,  həyatın oyanması Novruzdan başlanır.  Azərbaycan xalqı bu bayramı çox təntəli və özünəməxsus şəkildə qeyd edir.  Kosa,  Keçəl,  Bahar qızı,  səməni, çərşənbələr,  bayram şirniyyatları-şəkərbura, paxlava, qoğal  Novruzun simvolu hesab olunur.  Şagirdlərin hazırladıqları səhnəciklər, müxtəlif intellektual oyunlar,  ifa etdikləri mahnılar tədbirə xüsusi rəng qatdı və tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi