Azərbaycanın milli mətbəxi
14.03.2022 ci il tarixdə məktəbimizin Vb sinifində “Azərbaycanın milli mətbəxi” mövzusunda tədbir təşkil edildi. Vb sinfinin sinif rəhbəri şagirdlərə zəngin mətbəximiz haqqında geniş məlumat verdi. O, Azərbaycan milli mətbəxinin tarixinin xalqımızın tarixi qədər qədim olduğunu və dünyanın ən dadlı mətbəxlərindən biri hesab edildiyini vurğuladı. Tədbirdə şagirdlər də çıxış edərək Azərbaycan mətbəxinə aid olan yemək və şirniyyat növləri barəsində məruzə etdilər. Sonda iştirakçılara milli mətbəximizin müxtəlifliyini, rəngarəngliyini əks etdirən videoçarxlar təqdim olundu.