İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu

BŞTİ-nin İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planına əsasən 09.03.2022-ci il tarixdə məktəbimizdə “İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” mövzusunda Dəyirmi masa keçirildi. Dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinin təşkil olunmasının tarixi əhəmiyyəti qeyd edildi. Prezident İ.Əliyevin təbirincə, bizim əzəli torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalının tarixi ilə bağlı azərbaycanlıların bu torpaqlara qayıdışının siyasi və strateji hədəf kimi seçilməsi xüsusi vurğulandı. İrəvan Müəllimlər Seminariyasının fəaliyyəti, ilk məzunları haqqında tarix müəllimləri ətraflı çıxış etdilər. Şagirdlər seminariyanın müəllimləri və məzunları haqqında, o cümlədən F.Köçərlinin, H.Şaxtaxtinskinin, Axund Məmmədbağır Qazızadənin, N.Vəzirovun, M.B.Topçubaşovun həyat və yaradıcılıqları barəsində məlumat verdilər. Sonda İrəvan Müəllimlər Seminariyasının Cənubi Qafqaz regionunda, əzəli türk torpaqları olan İrəvan ərazisində maarifçiliyin inkişafında, türk dilinin, mədəniyyətinin tərəqqisində əvəzsiz xidmətləri qeyd olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi