Bədən Tərbiyəsi və İdman Günü
“5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə məktəbimizdə idman tədbirləri və yarışlar təşkil olunur. Tədbirlərin təşkil olunmasında məqsəd şagirdlərin idmana olan marağının artmasına, sağlam həyat tərzinin təbliğinə nail olmaqdan ibarət idi. Tədbir yüksək mübarizə ruhunda həyata keçirildi, sonda qaliblər müəyyənləşdirildilər. Uğur qazanan şagirdlər və komandalar “Fəxri fərman”la mükafatlandırıldılar.