İdman sağlamlıqdır
03.03.2022-ci il tarixdə məktəbimizin II,III və IV sinif şagirdləri arasında “Bədən tərbiyəsi və İdman Günü” ilə əlaqədar rəsm müsabiqəsi təşkil edildi. 45 dəqiqə ərzində şagirdlər rəngli karandaşlar və boyalardan istifadə edərək öz bacarıqlarını nümayiş etdirdilər. İbtidai sinif şagirdlərinin çəkdikləri rəsmlərin məzmunu bir ideyanın təbliğindən ibarət oldu ki, idman həqiqətən də sağlamlıqdır.