"Zənginliyim daxilimdədir" layihəsinin yekunu

Məktəbimizdə həyata keçirilən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib olan “Zənginliyim daxilimdədir” layihəsi uğurla başa çatdı. 3 ay ərzində davam edən layihə şagirdlərdə mənəvi və əxlaqi dəyərlərin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdi. Layihə ərzində şagirdlərlə əzmkarlıq, dürüstlük, açıqfikirlilik, təvazökarlıq, minnətdarlıq, şükranlıq, liderlik, yaradıcılıq, cəsurluq, başqa insanların hisslərinə və düşüncələrinə hörmət etmək, sevməyi və bağışlamağı bacarmaq kimi xarakter keyfiyyətləri üzərində işlənildi. Bu müddət ərzində layihənin təşkil olunmasında böyük maraq və həvəslə təşəbbüskarlıq göstərən sinif müəllimi, şagirdlər və valideynlər layihədən xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi