Olimpiya oyunları
28.02.2022-ci il tarixdə VIIc sinfində “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar “Olimpiya oyunları” adı altında tədbir keçirildi. Fiziki tərbiyə müəllimi çıxış edərək qədim olimpiya oyunlarının yaranması, fəlsəfəsi, olimpiya xartiyası haqqında məlumat verdi. Qeyd edildi ki, bu oyunlar beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsdir. Olimpiya oyunları şagirdlərin mənəviyyatının zənginləşməsində, kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılmasında mühüm rol oynayır.