5 mart – Bədən Tərbiyəsi və İdman Günü
28.02.2022-ci il tarixdə məktəbimizdə “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirildi. Tərbiyə işləri üzrə direktor müavini, eyni zamanda idman müəllimi çıxış edərək səhər gimnastikası haqqında şagirdlərə məlumat verdi. Qeyd edildi ki, səhər gimnastikası kompleksinin icrasının əsas məqsədi orqanizmi oyandırmaq, onu gündəlik fəaliyyət üçün optimal hazırlıq vəziyyətinə gətirməkdir. Tədbirin sonunda şagirdlər əyani olaraq səhər gimnastikası ilə bağlı hərəkətlər icra etdilər.