Düzgün peşə seçimi
Şagirdlərin peşə seçməyə hazırlanması, onların maraq və meyillərini nəzərə almaqla münasib peşəyə yiyələnməsinə dəstək olmaq məktəbin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə IX sinif şagirdləri ilə “Düzgün peşə seçimi” mövzusunda seminar təşkil edildi. İlk öncə şagirdlərin maraq və meyillərini öyrənmək məqsədilə onlarla anket sorğu keçirildi. Daha sonra məktəbin psixoloqu şagirdlərə peşəyönümünün əsas məqsədi, peşə seçiminə təsir edən amillər, peşə seçiminin əsas şərtləri, peşələrin növləri və strategiyaları haqqında geniş məlumat verdi. Mövzu ilə əlaqədar slaydlar nümayiş olundu, müzakirələr aparıldı. Sonda psixoloq şagirdləri maraqlandıran sualları cavablandırdı. Seminarın təşkil olunması yeniyetmələrin gələcəkdə peşə fəaliyyətinə düzgün istiqamətlənməsi baxımından böyük əhəmiyyət kəsb etdi.