Mənim dilim, mənim varlığımdır
21.02.2022-ci il tarixdə məktəbimizdə 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə bu əlamətdar günün tarixi barəsində ətraflı məlumat verildi. Qeyd edildi ki, dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də bir xalqın keçmişi, bu günü və gələcəyidir. Xüsusi vurğulandı ki, hər bir insan öz ana dilini mükəmməl bilməli və onun saflığını qorumalıdır. Tədbir şagirdlərin maraqlı çıxışları ilə davam etdi. Onlar doğma dilimizin varlığını, müqəddəsliyini təcəssüm etdirən şeirlər səsləndirdilər. Ana dilinə həsr olunan videotəqdimatlar şagirdlərdə milli-mənəvi dəyərlərin formalaşması istiqamətində böyük əhəmiyyət kəsb etdi.