İmtahan həyəcanı
Abituriyentlərin həyatının ən önəmli və vacib məqamlarından biri qəbul imatahanıdır. İmtahan qabağı həyəcan, stress şagirdlərin üzləşdiyi əsas problemlərdən biridir. Bu problemləri aradan qaldırmaq məqsədilə 07.02.2022-ci il tarixdə məktəbimizin psixoloqu Lalə Bayramova XI sinif şagirdləri ilə “İmtahan həyəcanının idarə olunması” mövzusunda seminar təşkil etdi. İlk öncə şagirdlərin imtahan həyəcanının səviyyəsini öyrənmək üçün onlarla diaqnostik test keçirildi. Daha sonra psixoloq şagirdlərə imtahan öncəsi və imtahan zamanı həyəcanlarını idarə edə bilmək üçün lazımi tövsiyələrini verdi.