Düşünən oxucu

19.01.2022-ci il tarixdə məktəbimizdə Azərbaycan Respublikası Təhsil nazirinin 29.12.2021-ci il tarixli F-597 №-li əmrinə əsasən şagirdlərdə mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədilə “Düşünən oxucu” müsabiqəsinin məktəbdaxili mərhələsi təşkil olundu. Məktəb kitabxanasında keçirilən tədbirdə şagirdlər təqdim olunmuş əsərlərin mövzu, ideya və bədii xüsusiyyətlərini şərh edərək obrazların davranış və əməllərini səciyyələndirdilər. Tədbirdə iştirak edən Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə  Salmanova, kitabxana müdiri Gülçöhrə  Mirzəyeva, Uşaq Birliyi Rəhbəri Aysel  Əlişova çıxış edərək mütaliənin insan həyatındakı başlıca rolundan danışdılar. Məktəb mərhələsinin qalibi olan ən yaxşı təqdimat növbəti seçim turunda iştirak etmək hüququ qazandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi