Valideynlər üçün vebinar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib olan “Zənginliyim daxilimdədir” layihəsinin icrası məktəbimizdə uğurla davam edir. Bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər aparan məktəbimizin psixoloqu Lalə Bayramova 15.01.2022-ci il tarixdə layihənin tətbiq olunduğu IVa sinif şagirdlərinin valideynləri ilə onlayn görüş təşkil etdi. Valideynlərə layihənin keçirilməsinin əsas məqsədi barəsində geniş məlumat verən psixoloq bu prosesin uğurla davam etməsi üçün onların rolunun önəmli olduğunu xüsusi vurğuladı və lazımi tövsiyələrini verdi. Sonda valideynlər çıxış edərək layihə ilə bağlı xoş təəssüratlarını bölüşdülər, övladlarının gələcəyi üçün böyük əhəmiyyət kəsb edən bu layhənin təşkil olunmasına görə öz minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi