Zərərli vərdişlərə yox deyək!

Yeniyetmələr arasında zərərli vərdişlərə meyillərin qarşısının alınması məqsədilə məktəbimizdə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır. 09.12.2021-ci il tarixdə məktəbimizin psixoloqu Lalə Bayramova  və  uşaq birliyi rəhbəri  Aysel Əlişova  şagirdlərlə “Zərərli vərdişlərə yox deyək!” adlı seminar təşkil etdilər. Seminarda şagirdlərə zərərli vərdişlərin orqanizmə vurduğu ziyanlar, yaratdığı fiziki və psixi asılılıqlar, eyni zamanda problemin psixoloji səbəbləri haqqında geniş məlumat verildi. Həmçinin şagirdlərlə mövzu ətrafında müzakirələr aparıldı, slaydlar nümayiş olundu, yeniyetmələri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi