Zənginliyim daxilimdədir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib olan “Zənginliyim daxilimdədir” layihəsi bizim məktəbimizdə də uğurla həyata keçirilir. Layihənin əsas məqsədi gələcək cəmiyyətimizin doğru istiqamətdə formalaşması üçün ilk əvvəl müsbət xarakterə malik xüsusiyyətləri olan şəxsiyyət yetişdirməyə təkan verməkdir. Məktəbimizin psixoloqu Lalə Bayramova bu layihəni IVa sinfi ilə həyata keçirməyə başlamışdır. Əvvəlcə şagirdlərin psixoloji sağlamlıq vəziyyətinin yoxlanılması üçün onlarla ilkin qiymətləndirmə olaraq psixoloji test keçirildi. Daha sonrakı dərslərdə şagirdlərdə mənəvi dəyərlərin yüksəldilməsi məqsədilə onlarla şükür etmək, şagirdərin öz duyğularının fərqinə varmaq, qarşısındakı insanların duyğularını anlamaq, öz maraqlarını təhlil etmək, maraqları üzərində çalışmaq, özünü mənəvi cəhətdən inkişaf etdirmək kimi xarakter keyfiyyətləri üzərində işlənildi. Qeyd edək ki, hər məşğələnin sonunda şagirdlərə mövzu ilə bağlı həftə ərzində işləmələri üçün çalışma vərəqləri də paylanılır. Layihəmiz uğurla davam edir. Şagirdlərimizə müvəffəqiyyətlər arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi