Uşaq hüquqlarını qoruyaq!
19.11.2021-ci il tarixdə məktəbimizdə Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri VIIIb sinfinin sinif rəhbəri Leyla Əliyeva təşkil etdi. İştirakçılar Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının tarixi barəsində ərtaflı məlumat verdilər. VIIIb sinif şagirdləri ölkəmizdə uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyən edən Qanunun ümumi müddəaları haqqında məruzələr səsləndirdilər. Tədbirdə respublikamızda uşaqların sağlam inkişafının təmin edilməsi sahəsində həyata keçirilən məqsədyönlü, səmərəli işləri əhatə edən videoçarxlar nümayiş olundu.