I siniflərlə psixoloji iş
I sinif şagirdlərinin məktəbə psixoloji hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə məktəbimizin psixoloqu Lalə Bayramova onlarla psixodiaqnostik işlər apardı. Psixoloq şagirdlərin məktəbə adaptasiya prosesinə dəstək olmaqla yanaşı, onların idrak sferasının, özü və ətraf aləm haqqında təsəvvürlərinin öyrənilməsi, həmçinin onların intellektual, sensomotor qabiliyyətlərinin, yazı və göz motorikasının, ixtiyari diqqətinin yoxlanılması məqsədilə müəyyən metodika və çalışmalardan istifadə etdi. Psixoloq tərəfindən görülən işlər şagirdlərin ümumi dünyagörüşünün inkişaf etdirilməsi, eyni zamanda onların məktəb prosesinə adaptasiyası baxımından böyük əhəmiyyət kəsb etdi.