Respublika Günü
27 may 2021-ci il tarixdə məktəbin Uşaq Birliyi Rəhbəri Aysel Əlişova 28 May Respublika Günü münasibəti ilə bayram tədbiri təşkil etdi. Tədbir Natavan Cəlilovanın rəhbərlik etdiyi IV a sinif şagirdlərinin iştirakı ilə keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Uşaq Birliyi Rəhbəri A.Əlişova və ibtidai sinif müəllimi N.Cəlilova şagirdlərə bu tarixi gün haqqında ətraflı məlumat verdilər.Çıxışlarda qeyd edildi ki,demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli şüurunu özünə qaytararaq müstəqillik hisslərini daha da alovlandırdı. Bayram tədbiri IV a sinif şagirdlərinin çıxışları ilə davam etdi. Onlar tariximizin ən parlaq səhifəsi olan 28 May gününə həsr olunan şeirlər və mahnılar ifa etdilər. Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətini əks etdirən videoçarx nümayiş olundu.