Heydər Əliyev və tariximiz
Məktəbin tarix müəllimi Məlahət Osmanova 05-06.05.2021-ci ildə 8a və 8b siniflərində “Heydər Əliyev və tariximiz” mövzusunda onlayn tədbir təşkil etdi. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının uzaq keçmişdən müasir dövrümüzə qədər məşhur tarixi şəxsiyyətlərini xatırladaraq şagirdlərin əsas diqqətini müasir Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev şəxsiyyətinə yönəltdi. Şagirdlər Heydər Əliyevin tarix elmimizin, ədəbiyyat və incəsənətimizin inkişafındakı nəhəng xidmətlərindən və müdrik kəlamlarından bəhs etdilər. Onlayn tədbirdə fəal iştirak edən şagirdlər Ulu öndərin belə bir fikrini təsdiqlədilər ki, “...Respublikamızı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq”.