Erkən nikaha yox deyək!
05.05.2021-ci il tarixdə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi X sinfin sinif rəhbəri Aysel Rəhimovanın rəhbərliyi ilə “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda onlayn tədbir keçirildi. Tədbirdə sinif rəhbəri çıxış edərək erkən nikahlara ölkəmizdə də rast gəlindiyini və xüsusilə qız uşaqlarının təhsildən yayındırılaraq zorla ərə verilməsinə dair faktların olduğunu təəssüflə qeyd etdi. Həmçinin bu cür izdivacların daha çox qohumlar arasında baş tutduğunu və bunun daha təhlükəli olduğunu vurğuladı. Şagirdlər də fikirlərini bildirərək “Erkən nikaha yox deyək!” mövzusunda təqdimatlar etdilər. İştirakçıların mövzu ilə bağlı daha ətraflı məlumatlandırılmaları məqsədilə tədbirdə videoçarxlar da nümayiş etdirildi.