Xəstəliklərin ilkin profilaktikasının gücləndirilməsi
04.05.2021-ci il tarixdə məktəbin biologiya müəllimi Rövşanə Həsənəliyeva dərs dediyi VIIIa sinif şagirdləri ilə onlayn tədbir təşkil etdi. Tədbirin mövzusu xəstəliklərin ilkin profilaktikasının gücləndirilməsinə həsr olundu. R.Həsənəliyeva biologiya dərslərinin imkanlarından istifadə edərək mövzu haqqında geniş məlumatlar verdi. O, bildirdi ki, son illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində ölkəmizdə genişmiqyaslı və səmərəli işlər aparılır. Respublikamızda həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlərdən ətraflı bəhs edən məruzəçi son illər bütün dünyada, eyni zamanda ölkəmizdə də tüğyan edən coronovirus infeksiyası və onun ilkin profilaktikası barəsində də ətraflı danışdı. Tədbirdə coronavirus və vərəm xəstəliyinin profilaktikasına dair videoçarxlar da nümayiş etdirildi.