Fənn müsabiqələrinin I mərhələsi

26,27 aprel 2021-ci il tarixlərində Bakı şəhəri 124 №-li tam orta məktəbdə Respublika fənn müsabiqələrinin I mərhələsi keçirildi. Qeyd edək ki, artıq ənənə şəklini almış fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, şagirdlə arasında sağlam rəqabət mühitinin yaradılmasından ibarətdir. Məktəbimizi bu il təşkil olunan müsabiqələrdə 10 nəfər şagird təmsil etdi. VI sinif şagirdlərindən 6 nəfəri riyaziyyat və informatika, VII sinif şagirdlərindən isə 4 nəfəri kimya, biologiya, fizika fənlərindən bilik və bacarıqlarını sınadı. Müsabiqə iştirakçılarından 2 nəfər şagirdimiz – Quliyeva Ülviyə kimya, Nəcəfli Nizami isə biologiya fənnindən uğurlu nəticə əldə edərək II mərhələdə iştirak etmək hüququ qazandı. Şagirdlərimizə növbəti mərhələdə də uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi